Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib

26.05.2026

Mayın 25-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika olub və xalqımızın dövlətçilik tarixində mühüm yer tutur.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında müxtəlif musiqi nömrələri təqdim olunub.

Səsləndirilən vətənpərvərlik ruhlu əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

275.8 KB

 

308.2 KB

 

321.9 KB