Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Konstitusiyanın 30 illiyi – Müstəqil Azərbaycanın hüquqi zəfəri”

12.11.2025

 

Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyanın 30 illiyi – Müstəqil Azərbaycanın hüquqi zəfəri” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin, hüquq mühafizə orqanlarının məsul əməkdaşları, Şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak edib.

Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tədbir video material nümayişi ilə davam etdirilib.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Konstitusiyası ötən 30 ildə dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin və suverenliyimizin qorunması, hüquqi dövlətin qurulması və ölkəmizin inkişafında mühüm rol oynamışdır. Vurğulanıb ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya müstəqil dövlətimizin suverenliyinin və vətəndaş həmrəyliyinin əsas hüquqi təminatına çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyev rəhbərliyi ilə qəbul edilən Konstitusiya bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatların möhkəm hüquqi və ideoloji təməlini təşkil edir. Bu illər ərzində Azərbaycan xalqı öz müstəqilliyini qorumaqla yanaşı, suverenliyini də tam təmin etmişdir.

Konstitusiyamız xalqımızın azad iradəsini, milli dövlətçilik ənənələrini və müasir hüquqi düşüncəni təcəssüm etdirən tarixi sənəd, onun 30 illiyi isə müstəqil Azərbaycanın hüquqi zəfərinin rəmzidir.