18.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Xalqımızın qədim bayramı Novruzun gəlişi ilə əlaqədar “Novruz gəlir, Yaz gəlir” başlığı altında səhərcik keçirtdi. Tədbir Gəncə şəhər 32 nömrəli Körpələr evi-uşaq bağçasında keçirildi. Filialın müdir əvəzi Şəhla İlyasova tədbir iştirakçılarını salamlayaraq onların Novruz bayramını təbrik etdi. Novruz bayramı haqqında uşaqlara məlumat verdi. Novruz adətlərindən hansını bildiklərini soruşdu. Sonra zənbil dolu boyanmış, bəzəkli yumurtaları onlara təqdim etdi. Bu da uşaqların böyük sevincinə səbəb oldu. Uşaqlarda öz növbələrində Novruza həsr olunmuş şeirlər söylədilər, rəqs etdilər. Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirdilər.