18.03.2022
17.03.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsi milli-mənəvi dəyərimiz olan Novruz bayramı günü ilə əlaqədar olaraq “Elimizə bahar gəlir” başlığı altında tədbir keçirdi.Tədbirdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Uşaq Şöbəsinin müdiri Günel Qasımova açaraq Yaz fəslinin qurub yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirməsindən,böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək doğma Qarabağı qısa müddətdə dirçəldəcəyindən və Novruz Bayramının adət və ənənələrindən danışdı.Metodika Kabinəsinin müdiri Gülnarə Mamedova,MKS-in direktoru Sadiqə Quliyeva çıxış edərək bildirdilər ki,Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir.Bu bayramı başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir ki hər bir vətəndaş hər bir Azərbaycanlı bu bayramı öz evində,obasında,elində bayram edir,bu gündə bizi birləşdirir,həmrəy edir.Tədbirdə Novruz bayramının atbiributları olan Bahar qız,Kosa və Keçəlin qatılması uşaqların sevincinə səbəb oldu.Tədbirdə uşaqlar şeirlər söyləyib,rəqs etdilər