24.09.2021
23 sentyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 27 sentyabr II Qarabağ müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirdilər.
Hərbi vətənpərvərlik mövzusunda hazırlanan tədbir II Qarabağ müharibəsinin şəhidi İbrahim Məmmədovun ailəsini ziyarəti ilə başladı.
Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova tədbirin keçirilməsi haqqında məlumat verdi. Şəhidin anası Svetlana Məmmədova məktəblilərə oğlu İbrahim Məmmədovun keçdiyi şərəfli döyüş yolundan danışdı. Məktəblilərə oğlu İbrahim kimi vətənpərvər olmağı tövsiyə etdi.
Məktəblilər şəhidin övladlarına dərs ləvəzimatlarından hazırlanmış paket hədiyyə etdilər. Şəhidin məzarı ziyarət olundu. Məktəblilər şəhidin məzarı önündə hərbi-vətənpərvərlik mövzusunda şerlər söylədilər.