29.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi Azərbaycanın Milli qəhrəmanı Əliyev Yavər Yaqub oğlunun anadan olmasının 65 illiyi ilə əlaqədar "Vətən üçün ölənlər əbədi, ölməz olur" başlıqlı onlayn söhbət keçirtdi. Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq tədbir iştirakçılarını salamladı və Milli qəhrəmanın həyatı və döyüş yolu haqqında geniş məlumat verdi. Bildirdiki, Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar etmiş,aşağı yüksəklikdən uçaraq düşmən mövqelərinə ağır zərbələr endirib. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verib.1992-ci il fevralın 29-u Yavərin sonuncu uçuşu olub.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Tədbirdə şöbənin oxucuları itirak etdilər.Sonda uşaqlar şəhidlərə,vətənə,torpaqa aid şeirlər söylədilər.