29.06.2021
26.06.2021-ci il tarixində Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi və Xocalı şəhər 3 saylı Uşaq musiqi məktəbinin iştirakı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü ilə əlaqədar olaraq karantin rejimi nəzərə alınaraq “N” saylı hərbi hissənin taborunda, açıq havada konsert proqramı keçirilmişdir.
Tədbirdə Xocalı rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov, Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ziya Aşırov və Xocalı şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin direktoru Rüstəm Hümbətov çıxış edərək hərbçilərimizi, əsgərlərimizi bayram münasibətilə təbrik etdilər, onlara hərbi xidmətdə və şəxsi həyatlarında uğurlar arzuladılar, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədilər.