28.06.2021
25 iyun 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Samux şəhər Uşaq Musiqi Məktəbinin 2020/2021-ci tədris ilinin yekun hesabatı və 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş konserti təqdim olmuşdur.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov və digər qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Konsertdə Samux şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri ansamblının və şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarlarının əsərləri səsləndirilmişdir.
Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Gənc istedadlar” onlayn müsabiqədə məktəbin şagirdləri Zeynəb Nağıyevaya – I dərəcəli, Qaya Nəsibzadəyə, Məhəbbət Bayramovaya – II dərəcəli, Kübra Qurbanovaya, Aydan Əliyevaya, Fatimə Məmmədovaya – III dərəcəli laureat diplomlarını və müəllimlərinə müsabiqənin təşəkkürnaməsini təqdim etmişdir.