26.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19saylı kitabxana filialı 26 iyun Azərbaycan silahlı Qüvvələr günü ilə əlaqədar “Zəfər tarixini yazan ordu” adlı ədəbi-bədii kompozisiya keçirdi.
Tədbiri 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva açıq elan etdi. Təbrik üçün sözü Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Nurcahan Quliyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Aygün Ələkbərova, tarix müəlliməsi Vəfa Haciyeva, İbtidai sinif müəlliməsi Fidan Musayeva, Azərbaycan dili ədəbiyyat müəlliməsi Mərquşə İbrahimovaya verildi. 13saylı orta məktəbin 7 a sinif şagirdlərindən Aytac Cəfərova “Azərbaycan ordusunun yaradılması”, Aygül Alnağıyeva “Heydər Əliyev və Azərbaycan orduusu”, Tahir Hacızadə “İlham Əliyev və Azərbaycan ordusu”, Vaqif Hümbətov “Əziz Şuşa ,sən azadsan!”, Nərmin Vəliyeva “Ordumuzun gücü”, Amil Nəsibov “Müasir Azərbaycan ordusu”,Pərvanə Zeynalzadə ingilis dilində “Qarabağ qələbəsi və Azərbaycan ordusu”, Nərmin Vəliyeva ingilis dilində “Ordumuzun gücü” adlı videoçarxlar təqdim edərək çıxışlar etdilər.
13 saylı tam orta məktəbin 11 sinif şagirdi Fatimə İsmayılova türk dilində“Türkiyə və Azərbaycan ordusunun birliyi” adlı çıxış etdi. 13 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri Aylin Allahverdiyeva “Ordumuzla fəxr edirəm”, Məmmədli Zəhra “Milli ordumuz fəxrimizdir” , Duyğu Babayeva “Qalib ordumuz”adlı çıxışlar etdilər.Mirkamil İsmayılov Məmmədəmin Rəsulzadənin “Azərbaycan”, Fatimə Əlizadə Zəlimxan Yaqubun “Ordum varsa yurdum var”, Hikmət Babayev Mehriban Qəmbərovanın “Azərbaycan ordusu” 26 saylı Lisey məktəbinin 3 sinif şagirdi Nuray Məmmədova Vidadi Əlinin “Ali Baş Komandanım “,Qəşəmli Mehri, Qəşəmli İnci “sevin Qarabağ” şerlərini söylədilər. Tədbir sonda hər bir iştirakçı şəhidlərimizin adını çəkərək “Mən Mübarizəm, mən Poladam, mən Xudayaram və s” deyərək sona çatdı.