Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əsrin bəlası narkomaniyaya yox deyək” başlıqlı onlayn konfrans keçirildi

26.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı  26 iyun Beynəlxalq Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Günü ilə bağlı "Əsrin bəlası narkomaniyaya yox deyək" başlıqlı onlayn konfrans  keçirdi.

Konfransı filialın müdiri Rahilə Qasımova açaraq, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes olduğunu söylədi. Ölkəmizin BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə  mübarizə Konversiyasına qoşulması haqqında da məlumat  verildi və qeyd edildi ki, narkomanlıq eynilə narkotiklərin  qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. 
Tədbirdə Regional İnkişaf üzrə Maarifləndirmə İctimai birliyin sosial işçisi İnarə Məmmədova və həmin birliyin psixoloqu Flora Mahmudlu, Təhsil Respublika İdman Mərkəzi Gəncə şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinin məşqiçi müəllimi Ruhiyyə Əliyeva,  Gəncə narkoloji dispaseri həkim narkoloq Ehtibar Xəlilov, 21 saylı orta  məktəbin  müəllimi  Gülnar Abbasova,  Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu Məlahət İbrahimova, BDU-nin tələbəsi Polad Əliyev çıxış etdilər.

Çıxış edənlər söylədilər ki,  narkomaniya və narkobiznes təkcə insanlığın sağlamlığına deyil,  həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünya münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların,  silah  alverinin güclənməsi sahəsində mühüm rol oynayır. Tədbirdə həmçinin narkomaniyanın  ağır fəsadlarından, ailə və icmaları dağıtmasından, yaddaş və təfəkkürü pozmasından, narkotik istifadəçilərinin övladlarının qüsurlu dünyaya gəlməsindən danışıldı. 2 saylı peşə liseyinin  və 1saylı peşə məktəbinin şagirdləri, kitabxananın əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları yeniyetmələri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən əl çəkməyə, ətraf aləmin ğözəlliklərindən-təbiətdən, kitablardan zövq almağa, faydalı bilik və bacarıqlar  öyrənməyə çağrış etdilər. Sonda narkomaniyanın insanın sağlamlığına  vurduğu zərərə  aid  videoçarx nümayiş etdirildi.