Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya uçuruma aparan yol” adlı onlayn söhbət keçirilmişdir

25.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 26 iyun Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Günü ilə bağlı “Narkomaniya uçuruma aparan yol” adlı onlayn söhbət keçirtmişdir.

Tədbirin aparıcısı Esmira Həsənova tədbir iştirakçılarını salamladıqdan sonra,  bildirdi ki, Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Sonra Kəlbəcər rayon Məhkəməsinin böyük məsləhətçisi, hüquqşünas Azər İsgəndərov çıxış etdi və öz çıxışında bildirdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.

Tədbirdə psixoloq Sara Babayeva, GDU-nun kitabxana direktoru Ayşən Əhmədova, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova, Ağsu rayon 2 saylı tam orta məktəbin  şagirdi Ceyhun Yəhyayev, kitabxananın fəal oxucusu Məhəmməd Soltanov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirdi.