24.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin abonement bölməsi 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar "Milli Ordumuz" mövzusunda videokonfrans keçirmişdir.
Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə Baş məsləhətçisi Süleyman Əliyev, II Qarabağ müharibəsinin qazisi Elnur bəy, Samux rayon Sərhəddin Əliyev adına 2 saylı tam orta məktəbin hərbi hazırlıq fənni üzrə müəllim Tural Əliyev, Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva, kitabxanaçı Ləman Əliyeva, Samux rayon Sərhəddin Əliyev adına tam orta məktəbin şagirdləri və digərləri iştirak etmişdir.