13.07.2020
13 iyul 2020-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun birgə təşkilatçılığı ilə Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin , Ağstafa, Şəmkir, Gəncə, Samux, Daşkəsən və Zərdab Heydər Əliyev Mərkəzllərinin direktorlarının iştirakı ilə xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünün başlanğıcı olan 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilməsi ilə əlaqədar “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda onlayn vebinar keçirilmişdir. Vebinarı ilk olaraq Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə açmış və bildirmişdir ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz tutumuna görə böyük bir epoxadır. Heydər Əliyev tarixin yetirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, iki dövlət quruluşunda hakimiyyətin zirvəsinə yüksəlmiş, hər ikisində də xalqına ləyaqətlə xidmət etmiş qüdrətli dövlət xadimi, mahir siyasətçi olmuşdur. 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində çox böyük əhəmiyyəti ilə önəmli yer tutur.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış etmiş və bildirmişdir ki, məhz Heydər Əliyevin əzmi sayəsində 1970-1985-ci illər Azərbaycanda quruculuq dövrü kimi tarixə düşdü. Heydər Əliyev min cür maneəni dəf edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritmiş, ölkənin müstəqilliyinə aparan yolun əsasını qoymuşdur.
Sonra Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Daşkəsən Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Maisə Məmmədova və Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış etmiş və Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nin I katibi seçilməsi ilə ölkə iqtisadiyyatının, sənaye və kənd təsərrüfatının yüksəlməsi, şəhər və kəndlərin abadlaşdırılması, yollar çəkilməsi, xalqın qədim mədəniyyət və ənənələrinin dirçəldilməsi, əhalinin sosial, mədəni və təhsil səviyyəsinin yüksəldilməsi üçün göstərdiyi əvəzsiz xidmətlərindən danışmışdırlar.