Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncədə Aprel döyüşlərinə həsr olunmuş seminar keçirilib

03.04.2026

Aprelin 2-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Aprel döyüşlərindən Vətən müharibəsinə aparan yol” mövzusunda seminar keçirilib.

Tədbirdə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, eləcə də Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda Aprel döyüşlərinin Azərbaycan hərb tarixində mühüm qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb, şəhidlərin xatirəsi ehtiramla yad edilib. Qeyd olunub ki, bu döyüşlər xalqımızın birlik və qələbə əzmini nümayiş etdirərək Vətən müharibəsinə gedən yolun başlanğıcı kimi tarixə düşüb.

Sonda bildirilib ki, Aprel döyüşləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır və bu qəhrəmanlıq ənənəsi gələcək nəsillərə ötürülməlidir.